Əlcəzairdə  İsrailin casusluq şəbəkəsi ifşa olunub

Əlcəzairdə İsrailin casusluq şəbəkəsi ifşa olunub

Əlcəzairdə İşğalçı İsrail rejiminə casusluq edən beynəlxalq şəbəkə ifşa olunub. 
 
Maide.Az xəbər verir ki, Əlcəzairin Əl-Nahar qəzeti yazıb ki, ölkənin təhlükəsizlik qüvvələri Qəradiyə əyalətində İsrail rejimi üçün casusluqda şübhəli bilinən beynəlxalq şəbəkəni ifşa ediblər. Onlar ölkədə xaos və sabitsizlik yaratmaqda ittiham olunurlar. 
 
Həbs olunanlar Libya, Mali, Efiopiya, Qana, Nigeriya və Kenya vətəndaşlarıdır. Onların istintaqı aparılır. 
 
Qəzet yazır ki, ilkin dindirilmədə saxlanılan şəxslər sionist rejim üçün casusluq etdiklərini etiraf ediblər.  
 

Google+ WhatsApp ok.ru