Əfqanıstanda ötən il 11 418 dinc sakin ölüb

Əfqanıstanda ötən il 11 418 dinc sakin ölüb

Əfqanıstanda silahlı münaqişələr və terror fəaliyyətləri nəticəsində ölən və xəsarət alan dinc sakinlərin sayı 2016-cı ildə təqribən 11 500 nəfər təşkil edərək yenidən rekord vurub.
 
Maide.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Əfqanıstandakı missiyasının (UNAMA) yeni hesabatında deyilir.
 
Ümumilikdə, ötən il Əfqanıstanda silahlı münaqişələrin qurbanlarının sayı 11 418 nəfər olub: onlardan 3500-ü həlak olub, 7900-ü yaralanıb.
 
Qurbanlar arasında uşaqların sayı 3500 nəfərdir: onlardan 923-ü ölüb, 2600-ü xəsarət alıb. Bu, 2015-ci ilin göstəricisi ilə müqayisədə 24 faiz çoxdur. /

Google+ WhatsApp ok.ru