Əfqanıstanda Ali Məhkəmə binası yaxınlığında partlayış: Ölən və yaralananlar var

Əfqanıstanda Ali Məhkəmə binası yaxınlığında partlayış: Ölən və yaralananlar var

Əfqanıstanın paytaxtı Kabul şəhərinin mərkəzində yerləşən Ali Məhkəmə binasının yaxınlığında partlayış baş verib. 
 
Maide.Az xəbər verir ki, Əfqanıstan rəsmiləri elan edib ki, terror hücumu nəticəsində ən az 20 nəfər ölüb, 48 nəfər yaralanıb. 
 
Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Nəcibullah Daneş deyib ki, həlak olan və yaralananlar Ali Məhkəmənin işçiləri olub. “Onlar avtobusa minərkən terrorçu "intiharçı kəməri"ni partladıb. 
 
Əfqanıstan Səhiyyə Nazirliyi elan edib ki, partlayış nəticəsində yaralanan şəxslərdən bir neçəsi qadın və uşaqlardır. 
 
Hələlik heç bir qrup hücumun məsuliyyətin üzərinə götürməyib. Lakin Taliban bundan öncə Ali Məhkəmə binasına hücum edib. 
 
Qeyd edək ki, Taliban qruplaşması həmçinin ötən ay Əfqanıstan parlamenti yaxınlığında iki bomba partladıb. Bu partlayışlar nəticəsində 30 nəfər ölüb, 80 nəfər yaralanıb. 

Google+ WhatsApp ok.ru