Şəmkirdə ev heyvanlarına xəstəlik düşüb

Şəmkirdə ev heyvanlarına xəstəlik düşüb

Şəmkirdə fərdi təsərrüfatların birində xırda davarların kütləvi şəkildə tələf olması fermerləri narahat edir. Son bir neçə gün ərzində 30-a yaxın heyvanın hansı səbəbdən ölməsi məlum deyil.
 
"Mən hələ belə xəstəlik görməmişəm. Heyvanlar yeyə- yeyə ölürlər. Hamısı da sağlam qoyundur. Analiz də aparmışıq. Bakıya da göndərmişik. Hər bir yerə müraciət edirik. Bizə lazımdır ki, bu xəstəliyi bilək", təsərrüfat sahibi Həbib Hüseyn deyib.
 
"Şəmkir rayon Baytarlıq İdarəsinin həkimləri ölən heyvanlardan nümunələr götürərək Tovuz və Respublika Baytarlıq Laboratoriyalarına təqdim ediblər. Tovuz Baytarlıq Laboratoriyasının rəyinə əsasən heyvanlarda heç bir yoluxucu xəstəlik aşkarlanmayıb. Paytaxta göndərilən nümunələrin cavabı isə hələ gəlməyib. İlkin ehtimal kimi, heyvanların ölmə səbəbinin saxlanma şəraiti ilə əlaqəli olduğu deyilir", - xəbərdə deyilir.
 
"Pataloji yarma zamanı hamısında eyni şəkildə ürəyin böyüməsi, ağciyərin və qaraciyərin məhvi, ödün sıradan çıxması, nazik bağırsaqlarda isə qan sızması müşahidə olunub..." - Şəmkir Rayon Baytarlıq İdarəsinin rəis əvəzi Məmməd Qasımov deyib. (musavat) 
 

Google+ WhatsApp ok.ru