Ən sıx tıxac olan şəhərlərin reytinqi açıqlanıb

Ən sıx tıxac olan şəhərlərin reytinqi açıqlanıb

İstanbul ildə 58 saatlıq tıxac göstəricisi ilə sıralamada 17-ci olub
 
Los Anceles dünyanın ən sıx tıxacı olan şəhəri adına sahib çıxıb.
 
"Report" xəbər verir ki, bunu "Inrix" şirkətinin reytinqi göstərir.
 
Reytinqə əsasən, 2016-cı ildə Los Anceles sürücüləri tıxaclarda 104 saat sərf ediblər.
 
Reytinqdə ikinci yeri Rusiyanın paytaxtı Moskva (91 saat), üçüncü isə ABŞ-ın Nyu-York şəhəri (89 saat) tutub.
 
İstanbul ildə 58 saatlıq tıxac göstəricisi ilə sıralamada 17-ci olub.
 
İlk onluqda həmçinin San Fransisko, Boqota, San Paulu, London, Atlanta, Paris, Mayami yer alıb. /

Google+ WhatsApp ok.ru