Əbu Bəkr Bağdadi Amerikanın köməyi ilə Mosuldan qaçdı 10 Mart 2017 02:00 Dünya İraqın "Xalq Könüllüləri Ordusu"nun yüksək rütbəli komandirlərindən biri deyib ki, amerikalı hərbiçilər Əbu Bəkr Bağdadinin Mosulun sağ sahili tərəfdən qaçmasına kömək ediblər. Maide.Az xəbər verir ki, İraqın "Xalq Könüllüləri Ordusu"nun (əl-Həşd əş-Şəəbi) yüksək rütbəli komandirlərindən biri deyib ki, amerikalı hərbiçilər İŞİD terrorçu qruplaşmasının başçısı Əbu Bəkr Bağdadinin Mosulun sağ sahili tərəfdən qaçmasına kömək edib. İraqın "Xalq Könüllüləri Ordusu"nun (əl-Həşd əş-Şəəbi) yüksək rütbəli komandiri Cavad ət-Təlibavi "Sumariyya-nyuz" xəbər agentliyinə müsahibəsində deyib ki, əldə etdiyimiz məlumatlara əsasən, amerikalı hərbiçilər İŞİD terrorçu qruplaşmasının başçısı Əbu Bəkr Bağdadinin Mosulun sağ sahili tərəfdən "Əl-Qeyrəvan" rayonuna qaçmasına kömək edib. O vurğulayıb: "Bizim kəşfiyyat tağımımız Əbu Bəkr Bağdadinin Mosulun cənubdan 80 km.-liyində yerləşən Əl-Qeyrəvan və əl-Həzər rayonları ərazisində yerdəyişmə halındadır". ABŞ-ın müdafiə nazirliyinin (pentaqon) yaydığı məlumata görə isə Əbu Bəkr Bağdadi həftənin 3-cü günü Mosuldan qaçıb və səhralıq ərazilərdə gizlənib. (iqna) / Teqlər : #Əbu Bəkr Bağdadi Amerikanın köməyi ilə Mosuldan qaçdı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İstanbulda helikopter qəzasında 7 nəfər ölüb Aviaşirkət 34 işçini uçuşlardan kənarlaşdırdı - Kök olduqları üçün
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO