Şərq bazarı SÖKÜLÜR? - RƏSMİ (YENİLƏNDİ)

Şərq bazarı SÖKÜLÜR? - RƏSMİ (YENİLƏNDİ)

(ilk xəbər bu gün  09:47-də dərc edilib) 
 
“Şərq” bazarının söküləcəyi ilə bağlı yayılan xəbər doğru deyil.
 
Bunu Publika.az-a açıqlamasında Nərimanov rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hüseyn Cəfərov deyib.
 
“Həmin tikili həm də mədəniyyət abidəsi hesab edilir. Buna görə də onun sökülməsi real deyil. Həmin tikilinin sökülməsi ilə bağlı fikir olsa, ilk növbədə icra hakimiyyəti olaraq ilkin sənədləşmə bizimlə aparılacaq. Lakin bizdə həmin abidənin sökülməsi ilə əlaqədar heç bir məlumat yoxdur”
 
H.Cəfərov bildirib ki, həmin tikili ətrafındakı fərdi yaşayış evlərində söküntü işləri aparılır: “Bu işlər pilot layihə çərçivəsində həyata keçirilir. Həmin evlər sökülüb yerində yeni binalar tikiləcək. Lakin “Şərq” bazarının söküntüsü ilə bağlı heç bir fikir yoxdur, yayılan xəbər də kiminsə arzusu ola bilər”.
 
Ərazidə söküntü işlərinə İcra Hakimiyyəti nəzarət etsə də, “Şərq” bazarının memarlıq abidə olması həm də onun söküntüsü üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən icazəyə ehtiyac var.
 
Nazirliyin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədovla əlaqə saxladıq. O, “Şərq” bazarının söküntüsü ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinə heç bir rəsmi məlumatın daxil olmadığını dedi.
 

Google+ WhatsApp ok.ru