Ən məşhur pullu proqramların pulsuz analoqları - SİYAHI

Ən məşhur pullu proqramların pulsuz analoqları - SİYAHI

Ən müxtəlif proqramlar kompyuter istifadəsini daha rahat  və məhsuldar edir. Lakin çox az adam bilir ki, geniş  funksionallıq üçün reklamlaşan pullu soft üçün xeyli pul xərcləmək lazım deyil. Sizlərə lazımsız xərclərdən qaçmağa yardımçı olan və analoqundan heç də pis işləməyən pulu proqramların pulsuz variantlarını təqdim edirik.
 
Ofis paketi
 
Kompyuterdə sənədlərlə təkcə öyrəşdiyimiz Microsoft Office-dən deyil, həm də məsələn LibreOffice-dən istifadə etmək mümkündür. Sonuncu proqramm GNU/Linux, Microsoft Windows və Mac OS X də daxil olmaqla bir sıra məşhur əməliyyat sistemlərini dəstəkləyir. LibreOffice-nin əsas komponentləri mətn və cədvəl prosessoru, prezentasiyaların yaradılması və vektor redaktorudur.
 
Disklərin köçürülməsi və yazılması
 
Nero Burning ROM-un analoqu ImgBurn CD və DVD disklərin yazılması üçün pulsuz proqramdır. Proqram  bütün ən məşhur  format nümunələrini dəstəkləyir, həmçinin Audio CD, DVD Video-nu yaza bilər.
 
Arxivator
 
Arxivatorlar - faylların sıxılması üçün proqram təminatıdır. Pullu WinRAR-rı pulsuz  7-Zip-lə əvəzləmək olar. Sonuncu faylların sıxılması və açılmasında yüksək  sürətə malikdir, arxiv üçün parol tapşırığını dəstəkləyir, bütün populyar fayl formatları ilə işləyir.
 
Musiqi redaktoru
 
Audacity – səsin işlənməsi üçün bütün vacib funksiyaları dəstəkləyir, filtrlər dəstinə malikdir və böyük sayda formatlarla işləyir. Adobe Audition və WaveLab-i əvəzləyəcək ən yaxşı pulsuz musiqi redaktorudur.
 
Mətnin tanınması
 
ABBYY FineReader pulsuz analoqu olan Free Online OCR müsbətləri arasına mətnin tanınmasının yaxşı keyfiyyətini, sonsuz sayda yükləmələri, 70 dillə işləməsini, eyni vaxtda bir neçə dildə yazılan mətni tanımasını və qeydiyyatdan keçmə öhdəliyinin olmamasını əlavə etmək olar. Free Online OCR praktiki olaraq bütün vacib məşhur formatları (JPEG, PNG, GIF, BMP və sair) tanıyır. Nəticəni sadə mətn formasında (TXT), Microsoft Word (DOC) və Adobe Acrobat-ın PDF faylı formasında almaq olar.
 
Lüğət
 
StarDict – ən yaxşı elektron lüğətlərdən biridir. O, nəinki mətni tərcümə edir, həmçinin səsləndirir. Həmçinin seçilmiş sözün skan etmə funksiyası var. Proqrama əlavə lüğətlər qoşmaq olar ki, bununla da onun imkanlarını genişləndirir.
 
Poçt müştərisi
 
Elektron poçtla işləmək üçün Thunderbird pulsuz proqramını istifadə etmək rahatdır. O, rahat və intuitiv anlayışlı interfeysə malikdir, The Bat!-ın və digər pulu  poçt müştərinin əla analoqu  hesab edilir. Thunderbird-lə həm evdə, həm də işdə istifadə etmək əlverişlidir.
 
Şəbəkələrarası ekran
 
Comodo Firewall - Microsoft Windows XP, Vista, Windows 7 i Windows 8 üçün Comodo kompaniyasının pulsuz personal fayervoludur. Proqramın imkanları bunlardır: proaktiv müdafiə, internet hücumlardan müdafiə, buferin dolmasından müdafiə, qeyri-qanuni girişdən müdafiə, vacib sistem fayllarının müdafiəçi, ret2libc hücumlarının müəyyən olunması və məhv olmuş/pis SEH zəncirlərinin müəyyənləşməsi.
 
Vektor redaktor
 
Inkscape – vektor qrafikasının pulsuz redaktoru funksionallığına görə Adobe Illustrator və CorelDraw-a bənzəyir. Proqram seçmə, miqyaslama, boyamaq, aeroqraf, müxitəlif standart fiqurlar kimi elementləri dəstəkləyir. 
Inkscape SVG, JPEG, PNG, TIFF və digər populyar formatlarla işləyir.
 
Səhifələmə ("Vyorska")
 
Scribus-un yardımı ilə maket və kitab nəşrlərini səhifələmək olar. Proqram peşəkar sistemlərin funksiyasına bunlar daxildir: CMYK-formatı da daxil olmaqla rəngin tənzimlənməsi, TIFF, JPEG və Adobe Photoshop təsvirlərinin böyük qismini dəstəklənməsi, vektor formatların dəstəyi, TrueType və OpenType şriftlərin dəstəyi. Scribus pulu analoqları QuarkXPress və Adobe InDesign-dır.
 
3D redaktor
 
3D redaktor-ların köməyi ilə modellər, animasiya və hətta bütün filmlər yaratmaq olar. Blender – ən çoxfunksiyalı 3D redaktor-dur. Blender funksiyaları siyahısına işıqlandırma, quruluş vermə, materialı, animasiya, şeyder, daxili Python, morfinq daxildir.
 
Layihələri idarəetmək
 
GanttProject – layihələrin həyata keçirilməsi və informasiya bazalarının formalaşdırılması üçün təyin olunmuş pulsuz proqramdır və pulu Microsoft Project-in analoqudur. Lazım olarsa istifadəçi heç bir əziyyət çəkmədən planın lazım olan formata ixrac edə və ya korporativ saytda dərc edə bilər
 
Rastr redaktoru
 
Gimp - Adobe Photoshop-un əla pulsuz variantıdır. Proqram təsvirlərlə işləmək üçün  tam funksiyaya malikdir: şəffaflığın qorunması, qatlar, çoxsaylı format, təsvirlərin işlənməsi üçün müxtəlif filtrlər var.
Gimp-in yeganə mənfi xüsusiyyəti – ən rahat interfeys deyil, lakin pulsuz proqramm belə imkanlarla bağışlanandır.  (faktxeber) /

Google+ WhatsApp ok.ru