Əhalinin azalan gəlirləri

Əhalinin azalan gəlirləri

"Exo" qəzetində "Azərbaycan əhalisinin real maaşları və gəlirləri 20 faiz azalıb" sərlövhəli məqalə diqqət çəkir.
 
Yazıda əhalinin gəlirlərinin azalması ekspert Nəriman Ağayevlə araşdırılır: "Azərbaycanda əhalinin real maaşları və gəlirləri 20 faiz azalıb. Dövlət Statistika Komitəsinin göstəriciləri real gerçəkliyi əks etdirmir, şişirdilmiş olur",- deyə o qeyd edir.
 
Ekspert deyib ki, komitənin rəqəmlər üzərində oyun qurması əhalini çaşdırır. Onun fikrincə, 2015-ci ildən başlayan maliyyə böhranı hələ də davam edir və bu, özünü əhalinin gəlirlərində göstərir: "Çoxları işlərini itirib, ixtisara düşüb. Ərzaq və qeyri-ərzaq mallarının qiymətləri qalxıb. İnflyasiya artır və bütün bunlar keçən il ilə müqayisədə bu il gəlirlərin 20 faiz azalmasına səbəb olub".
 
Müəllif daha sonra MDB-nin ayrı-ayrı dövlətlərində də gəlirlərin azalmasına toxunur. Yazıda vurğulanır ki, bu, əsasən, neft-qaz istehsal edən ölkələrdə özünü göstərir.
 
Müəllif bildirir ki, orta aylıq maaşın həcminə görə Azərbaycan Cənubi Qafqazın autsayderi durumuna düşüb. /

Google+ WhatsApp ok.ru