“Səudiyyənin təcavüzü İranla birbaşa üzləşməkdən qorxduğuna görədir” - VİDEO

“Səudiyyənin təcavüzü İranla birbaşa üzləşməkdən qorxduğuna görədir” - VİDEO

“Siz səudiyyəlilərin Yəməndə etdiklərinin hamısı Amerika və İsrailə görədir. Sizin addımlarınızın İrana təsiri yoxdur. Siz İrandan birbaşa şillə görmüsünüz. Səudiyyə Ərəbistanı İrandan birbaşa şillə zərbəsini görməkdən çəkinir. Buna görə İraq və Suriyada onunla üz-üzə gəlmək cürətinə malik deyil”
 
Bunu Yəmənin Ənsarullah hərəkatının lideri Əbdül-Məlik əl-Husi ötəngünkü çıxışında deyib.
 
Əbdülməlik əl-Husi yəmənlilərə edilən təcavüzə görə onlarala həmrəy olan İrana təşəkkür edib və Səudiyyə Ərəbistanını birbaşa İranla üzləşməkdə cürəti çatmadığını dilə gətirib.
 
Səudiyyə Ərəbistanı koalisiyasının Yəmənin sahil rayonlarını, strateji boğazlarını və sahil əl-Hudeyda əyalətinin zəbt edilməsi hücum planından söz açan Ənsarullah lideri bəyan edib ki, bu ABŞ-ın təhlükəsizliyi və onların istəyi ilə baş tutur ki, yəmənli yerli əhali və mübariz qəbilələr buna icazə verməyəcək.
 
Əbdül-Məlik əl-Husi çıxışının bir hissəsində Səudiyyə Ərəbistanın koalisiyasına əsirlərin mübadiləsi ilə bağlı təklif irəli sürüb. (islaminsesi) /

Google+ WhatsApp ok.ru