Şərqi Çin dənizində ABŞ təyyarəsi Çin qırıcıları tərəfindən ələ keçirilib

Şərqi Çin dənizində ABŞ təyyarəsi Çin qırıcıları tərəfindən ələ keçirilib

Amerikalılar Çinin bu hərəkətini qeyri-peşəkar adlandırıblar
 
Çinin "Su-30" tipli iki qırıcısı Şərqi Çin dənizi üzərində ABŞ təyyarəsini ələ keçirib.
 
Bu barədə Amerika mətbuatı yazıb.
 
Söhbət nüvə fəaliyyəti izinin aşkarlanması məqsədi ilə atmosferdə müayinə aparan "WC-135 Constant Phoenix" təyyarəsindən gedir. Amerika təyyarəsi Şərqi Çin dənizi üzərindəki beynəlxalq hava məkanında planlı missiyasını yerinə yetirib.
 
Amerika təyyarəsinin heyət üzvləri Çinin bu hərəkətini "qeyri-peşəkar" adlandırıb. Amerikalılar, həmçinin beynəlxalq hüququ pozmadıqlarını bəyan edib.
Hazırda insident qarşı tərəflə "müvafiq diplomatik kanallar vasitəsi ilə" müzakirə olunur. (report) /

Google+ WhatsApp ok.ru