Ərzaq bahalaşır, keyfiyyəti isə düşür...

Ərzaq bahalaşır, keyfiyyəti isə düşür...

"Exo" qəzetində "Azərbaycanda ərzağın qiyməti bahalaşır, keyfiyyəti pisləşir" sərlövhəli məqalə oxumaq olar.
 
Yazıda Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun düşüncələrinə yer verilir.
 
Müəllif yazır ki, ölkə əhalisinin gəlirlərinin yarıdan çoxu ərzaq məhsullarının alınmasına gedir. 500 manatdan bir az yuxarı maaş ərzağa və kommunal xərclərin ödənilməsinə sərf edilir.
 
"Ərzaq məhsullarının bahalanmasına baxmayaraq, onların keyfiyyəti pisləşir. Tezliklə durum daha da kəskinləşə və yerli bazarda keyfiyyətsiz mallar daha da çoxala bilər. Bazarda təhlükəli mallar üzə çıxır və bununla bağlı istehlakçıların şikayətləri günbəgün artır", - deyə Azad İstehlakçılar Birliyinin sədri E.Hüseynov bildirib.
 
Ekspert hesab edir ki, ərzaq mallarının süni yolla bahalaşması və onların keyfiyyətinin aşağı düşməsinin qarşısını qida məhsullarının təhlükəsizliyi haqqında qanun qəbul edilməsi ilə almaq olar:
 
"İstənilən halda, yerli məhsul idxal məhsullarından yaxşıdır. Heç bir kənar kimyəvi tərkibi yoxdur. Həm də qida təhlükəsizliyini qorumaq üçün müstəqil ekspertiza qurumu və laboratoriyalar yaradılmalıdır. Elə bir gün yoxdur ki, keyfiyyətsiz mal ilə bağlı Birliyə şikayət olmasın".
 
E.Hüseynov deyib ki, vətəndaşlar daha çox bitki yağlarının, süd məhsullarının, çörəyin və suların keyfiyyətindən narazılıq edir. /

Google+ WhatsApp ok.ru