Əlcəzairdə Ramazan sevinci və ənənələri – FOTO

Əlcəzairdə Ramazan sevinci və ənənələri – FOTO

Ramazan ayının  Əlcəzairdə özünəməxsus ənənələri var ki, bu ölkəni digər İslam ölkələrindən fərqləndirir. Əlcəzairdə xalq kütləsinin Ramazan ayında xüsusi diqqəti var. 
 
Maide.Az xəbər verir ki, belə ki, Əlcəzairdə ailələr Ramazan ayı gəlməmişdən öncə xüsusi hazırlıq edir və Ramazan ayı üçün bazarlıq edir. Evləri təmizləyir və Ramazan ayını qarşılayır.
 
Əlcəzairdə Ramazan ayında ilk dəfə oruc tutan uşaqlar üçün ailələr bayram şənliyi təşkil edir. Şənlik zamanı xüsusi bir şərbət hazırlanır və şərbətin içərisinə gümüş və ya qızıldan olan üzük atılır. İlk dəfə oruc tutan uşaq şərbəti içdikdə həmin hədiyyəni götürür. Bu onları oruc tutmağa həvəsləndirir. 
 
Əlcəzairdə xüsusi təşkilatlar var ki, yoxsullar üçün iftar süfrələri hazırlayır. Bəzi təşkilatlar isə ehtiyaclı insanlar üçün ərzaq məhsulları paylayır.
 
Əlcəzairdə olan adətlərdən biri də budur ki, Ramazan ayında ailələr gecələr əhya saxlayır. Qonşular bir-birinin evinə gedir və səhərə kimi şirniyyat, çay, qəhvə və digər yeməklərlə bir-birini qonaq edir. /
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru