“Sovetski”də yerləşən Hacı Cavad məscidi söküldü (FOTO-VİDEO) - YENİLƏNİB

“Sovetski”də yerləşən Hacı Cavad məscidi söküldü (FOTO-VİDEO) - YENİLƏNİB

(Məscidin sökülməsinə dair məlumat, foto və video  əlavə olunub) 
 
Haci Cavad məscidinin söküləcəyi ilə bağlı hazırlıq işlərinin görüldüyü barədə məlumat yayılmışdı. Bildirilirdi ki, məscidin söküləcəyi ilə bağlı məscid icmasına məlumat verilib və məscidin boşaldılması barədə göstəriş verilib.
 
Bundan narahatçılığını ifadə edən inanclılar məscidin ətrafına yığışaraq məscidin sökülməsinə etiraz ediblər. Sosial şəbəkələrdə yayımlana foto və videogörüntülərə əsasən artıq məscidin söküldüyü bildirilir.
 
Məscid tam boşaldıldıqdan sonra iyunun 30-da axşam saatlarında sökülüb.
 
 
 
 
 
 
 
 
***
 
Yasamal rayonu Abdulla Şaiq küçəsi 79 ünvanında yerləşən Hacı Cavad məscidi boşaldılıb. 
 
Məhəllə sakinlərindən Maide.Az –a verilən məlumata görə, məscid sökülmək məqsədi ilə boşaldılıb. 
 
Məscidin əşyaları yük maşınlarına yüklənərək başqa yerə aparılıb. Məscidin ətrafında dindarlar toplaşıb məscidin söküntüsünə etiraz edir. 
 
Xatırladaq ki, aprelin 12-də “Hacı Cavad” məscidinin sökülməsi cəhdi etirazlara səbəb olub. Məscidin sökülməsi xəbərindən narahat olan insanlar binanın ətrafına toplaşmışdılar. 
 
Həmin gün baş nazirin müavini Yaqub Eyyubov və Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev hadisə yerinə gəlmiş, İ.Mehdiyev "Hacı Cavad" məscidinin söküntüsünün müvəqqəti dayandırıldığını bildirmişdi. 
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev məscidin sökülməsi ətrafında yaranan vəziyyəti araşdırmaq üçün xüsusi komissiyanın yaradılması barədə tapşırıq verib.
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru