“Qoca” ləqəbli qaçan məhbus atışmada öldürüldü 02 Noyabr 2017 02:00 Hadisə -- E.Məmmədov atışmada yaralanıb və ölüb. Bakıdakı atışmada yaralanan “Qoca” ləqəbli Etibar Məmmədov ölüb. Maide.Az bildirir ki, bu barədə "Report"a hüquq-mühafizə orqanlarından bildirilib. Məlumata görə, Bakının Qaradağ rayonunda silahlı insident baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə "Qoca” ləqəbli Etibar Məmmədovun yaxalanması əməliyyatı zamanı bir qrup silahlı şəxs arasında atışma olub. Silahlı şəxslərdən biri bir neçə gün bundan əvvəl Biləcəri dəmiryol stansiyasında qaçan məhbus, "Qoca” ləqəbli Etibar Məmmədov olub. E.Məmmədov atışmada yaralanıb və ölüb. Hadisə zamanı daha iki nəfər xəsarət alıb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Xəsarət alanlardan biri 1988-ci il təvəllüdlü Əsgərov Anar Azər oğludur. O, "Qoca"nı yük avtomobili ilə qaçırırmış. Digər yaralı isə 1993-cü il təvəllüdlü Bəyəlizadə Şahmar Şamil oğludur. O, üz nahiyəsindən xəsarət alıb. Ş. Bəyəlizadənin "Qoca" ləqəbli E.Məmmədova kömək edən yük avtomobili sürücüsünün köməkçisi olduğu bildirilir. Teqlər : #Qoca ləqəbli qaçan məhbus atışmada öldürüldü, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Güclü külək rayonlarda fəsadlar törədib — 2 nəfər xəsarət alıb SOCAR: Qəza zamanı ölüm hadisəsi baş verməyib