“Instagram”ın funksiyası “WhatsApp”a gəlir 06 Yanvar 2018 02:00 Maraq dünyası -- ekayələri birbaşa “WhatsApp” statusunda yerləşdirmək olacaq. “Facebook” şirkəti “Hekayələr” özəlliyini sahib olduğu üç sosial şəbəkədə də istifadə etmək niyyətindədir. “Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, haırda bu funksiya “WhatsApp”da sınaqdan keçirilir. Bu funksiya sayəsində “Instagram”da paylaşılmış hekayələri birbaşa “WhatsApp” statusunda yerləşdirmək olacaq. Təqdim olunmuş fotoda “Hekayələr” bölməsinin aşağı sol hissəsində yeni özəllik qeyd olunub. Beləliklə istifadəçilər “Instagram”da hekayə yaradandan sonra onu “Facebook”, “Messenger” və “WhatsApp”da paylaşa biləcəklər. Teqlər : #Instagramın funksiyası WhatsAppa gəlir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Amazon şirkətinin virtual “gerçək güzgüsü” Kompüterlərdə təhlükəsizlik boşluqları