Amazon şirkətinin virtual “gerçək güzgüsü”

Amazon şirkətinin virtual “gerçək güzgüsü”

-- bu texnologiya alıcılara virtual mühitdə geyimləri sınamağa imkan verəcək

Bu texnologiya alıcılara virtual mühitdə geyimləri sınamağa imkan verəcək
 
     
Amazon Korporasiyası  yeni texnologiyalarla  güzgü patentləşdirib. 
 
Maide.Az “Islam-today”-ə istinadən xəbər verir ki,  bu texnologiya  alıcılara virtual mühitdə  geyimləri sınamağa imkan verəcək. 
 
Güzgü  kameralar və ekranlarla təchiz olunub. Texnologiyanın köməyi ilə hərəkətli şəkil yaratmaq və istifadəçiyə hər hansı bir geyimi seçə bilmək imkanı yaradılır.  Bundan əlavə, güzgünün ekranında arxa fonu da dəyişmək mümkündür. Bu virtual mühitdə müxtəlif geyim əşyalarının üzərinizdə necə  görünəcəyini qiymətləndirməyə imkan verəcək.
 
Adı çəkilən texnologiyanın ümum istifadəyə veriləcəyi tarix hələlik açıqlanmayıb.
 
 
 
 

Google+ WhatsApp ok.ru