Əlaqə və pul olmadan iş tapmaq mümkünsüzlüyü

Əlaqə və pul olmadan iş tapmaq mümkünsüzlüyü

-- Xidmət-işi. Azərbaycanda həyat: diplom var, iş yoxdur

"Exo" qəzetində "Xidmət-işi. Azərbaycanda həyat: diplom var, iş yoxdur" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif ölkənin əmək bazarının durumunu "Xidmət-işi" Həmkarlar İttifaqı Federasiyasinin vitse-prezidenti Cəmaləddin İsmayılovla müzakirə edir.
 
Müəllifə görə, əmək bazarında durum ürəkaçan deyil, belə ki, hazırki durumda bazarda layiqli əmək haqqı ödəniləcək iş tapmaq çox çətindir.
 
Yazı müəllifi hesab edir ki, bu, həm də onunla şərtlənir ki, əmək bazarı hazırda hüquqşünasa, diplomata yox, santexnika, elektrik ustası, dayə kimi ixtisaslaşma tələb etməyən şəxslərə ehtiyac duyur, amma bu sənət sahibləri bazarda yoxdur.
 
Müəllifə görə, elə buradan da yerli əmək bazarında tələblə təklif arasında kəskin fərq yaranır.
 
"Azərbaycanda ixtisaslaşma tələb etməyən əməyə qayğı ilə yanaşma yoxdur, baxmayaraq ki, inkişaf etmiş ölkələrdə bu əmək növünə olduqca hörmətlə yanaşılır. Ölkədə ali təhsil diplomuna malik şəxslər ixtisas tələb etməyən əmək bazarına daxil olurlar, bu, ona görə baş verir ki, bazar ali məktəb məzunları ilə dolub, amma həmin sənətin peşə məktəblərinin məzunları yoxdur". C.İsmayılov bu sahədə əmək bazarındakı durumu qəzetə belə şərh edir.
 
C.İsmayılov deyir ki, xüsusi ixtisaslaşma tələb etməyən əmək bazarında çalışanların 30%-i ali təhsil diplomuna malik olan şəxslərdir, yerli mütəxəssislər tələblərə cavab vermədikdə xaricdən mütəxəssislər cəlb olunurlar.
 
Vitse-prezidentə görə, Azərbaycanda bu sahədə daha bir mənfi meyl bu sahədə yaradıcı insanlara ehtiramla yanaşılmamasıdır.
 
C.İsmaylov deyir ki, Qərb ölkələrində şablon düşünməyən, yeniliyə meylli olan insanlar hələ məktəb illərindən dəyərləndirilir, onlarda bu keyfiyyətlərin daha da inkişaf etməsinə şərait yaradılır: "Bizdə isə yaradıcılıq nəzərə alınmır, hər şey şablon üzrə gedir, bir çox ixtisasların, məsələn, mühəndislik kimi ixtisasın belə nüfuzu aşağı düşüb".
 
C.İsmayılov əmək bazarının indiki ağır durumdan çıxması yolunu formal olmayan monitorinqlərin aparılmasında görür və deyir ki, hətta belə monitorinqlər aparılırsa da, xaotik aparılır, bazarın seqmentlərini tam şəkildə əhatə etmir.
 
Federasiya məsulu deyir ki, indi əlaqələr və pul olmadan əmək bazarında yaxşı iş tapmaq mümkün deyil, çünki işəgötrüənlər öz qohumalrını, dostlarını işlə təmin etməyə üstünlük verirlər. "Yaxşı olardı ki, işəgötürənlər əməkdaşları əmək məşğulluğu xidməti vasitəsi ilə işə qəbul etsinlər, amma bu sahədə də vəziyyət hamar deyil".
 
C.İsmayılov deyir ki, Azərbaycanda iş tapa bilməyənlər onlara tələb olacaq başqa ölkələrə getməyi düşünürlər və buna görə insanları mühakimə etmək olmaz.(contact.az)
 

Google+ WhatsApp ok.ru