Əfqan qaçqınlardan BMT-yə çağırış

Əfqan qaçqınlardan BMT-yə çağırış

-- Qaçqınlar hazırda yaşadıqları ərazidə sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün də dəstək istəyiblər

Türkiyənin Kırşəhər bölgəsində məskunlaşan əfqan qaçqınların Məlumatlandırma və Yardımlaşma Dərnəyinin üzvləri BMT-yə çağırış ediblər.
 
Maide.Az “Dünya Bülteni”nə istinadən xəbər verir ki, dərnəyin baş katibi Əmir Məhəmməd Validea Əfqanıstandakı mövcud vəziyyətin ağır olduğunu və geri göndərilmək istəmədiklərini bildiriblər.
 
Əmir Məhəmməd deyib ki, Əfqanıstana geri göndərilən qaçqınların həyatları təhlükədədir:
 
“BMT-yə humanitar və tarixi məsuliyyətlərini xatırlamalarını və əfqan qaçqınları bu çətin vəziyyətdən çıxarmaları üçün hərəkət keçmələrini istəyirik. Hüquq müdafiəçilərini isə qaçqınlara sığınacaq verən ölkələrin rəsmiləri ilə danışıqlar apararaq qərarlarını gözdən keçirmək məsələsində çalışmağa dəvət edirik”.
 
Qaçqınlar hazırda yaşadıqları ərazidə sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün də dəstək istəyiblər.
 

Google+ WhatsApp ok.ru