`Əsgərlər unudulanda ölürlər` sənədli filminin təqdimatı keçirilib 21 Noyabr 2018 11:53 Hərb Noyabrın 20-də saat Nizami Kino Mərkəzində “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri, tanınmış jurnalist Arif Əliyevin ssenari müəllifi olduğu “Əsgərlər unudulanda ölürlər” adlı sənədli filminin təqdimat mərasimi keçirilib. “Aranfilm” Kino Mərkəzi tərəfindən təqdim edilən filmin quruluşçu rejissoru Rövşən Almuradlı, bəstəkarı Vaqif Gərayzadə, quruluşçu operatoru Rafiq Əliyevdir. 1920-ci ildə Rusiyanın Azərbaycanı işğalı zamanı 70-minlik işğalçı qüvvənin qarşısına çıxan 350 nəfərlik Yalama qarnizonunun qəhrəmanlığından bəhs edən film tarixi materiallarla çox zəngindir. Ona orijinal musiqi yazılıb. Mahnıların mətnləri şəhid əsgərlərin son məktublarındakı şeirlərdən tərtib olunub. Çəkilişlər Bakıda, Yalamada, Ankarada, Tiflisdə, Moskvada aparılıb. Mübarizim TV Teqlər : #`Əsgərlər,#unudulanda,#ölürlər`,#sənədli,#filminin,#təqdimatı,#keçirilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan, Türkiyə və Gürcüstan hərbi əməkdaşlığı inkişaf etdirir Ermənistan atəşkəsi 26 dəfə pozdu
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'