‘WhatsApp’da yeni funksiyalar olacaq

‘WhatsApp’da yeni funksiyalar olacaq

"WhatsApp" istehsalçıları ismarıclar barədə əlavə məlumat toplaya biləcək və spam olub-olmadığı barədə yoxlama apara biləcək yeni funksiyanı sınaqdan keçirirlər.
 
Maide.Az "Trend"-ə istinadən xəbər verir ki, funksiya “yönləndirmə haqqında məlumat” adlanır.
 
Bu funksiya ilə istifadəçi alınan ismarıcın neçə dəfə yönləndiyi barədə məlumat əldə edəcək.
 
Daha bir funksiya isə bundan ibarətdir: 4 dəfədən artıq yönləndirilən ismarıclar xüsusi simvolla qeyd olunacaq.
 
İstehsalçılar bu funksiyanı tez-tez yönləndirilən ismarıcları müəyyən etmək üçün əlavə ediblər.
 

Google+ WhatsApp ok.ru