‘28 May’ stansiyasında bir nəfər qatarın altına düşdü

‘28 May’ stansiyasında bir nəfər qatarın altına düşdü

Bu gün səhər saatlarında metronun “28 May” stansiyasında bir nəfər naməlum şəxs hərəkətdə olan qatarın altına düşüb.
 
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmədov faktı təsdiqləyib:
 
 
“Hadisə 09:35 radələrində baş verib. Hadisə yerinə təcili tibbi yardım çağırılıb”.
 
Metropoliten rəsmisinin sözlərinə görə, qatarın altına düşən şəxs qadındır: “O, özünü intihar məqsədilə atıb. Hadisə yerinə çağırılmış təcili tibbi yardım maşını onu xəstəxanaya aparıb”. /modern.az /

Google+ WhatsApp ok.ru