‘Xətai’ stansiyası avqustda istifadəyə veriləcək

‘Xətai’ stansiyası avqustda istifadəyə veriləcək

"Bakı Metropoliteni"nin "Xətai" stansiyasında təmir işləri yekunlaşmaq üzrədir.
 
Maide.Az bildirir ki, bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
 
Onun sözlərinə görə, artıq stansiyada eskalatorlar quraşdırılıb:
 
"Eskalatorların sazlanması prosesi başa çatıb. Hazırda eskalatorların tənzimlənməsi və sınaq işləri aparılır. Stansiyanın avqust ayı ərzində istifadəyə verilməsi gözlənilir".
 

Google+ WhatsApp ok.ru