İƏT ölkələrinin gəncləri İslam parlamentinin yaradılmasını istəyirlər 12 İyul 2019 11:43 Xəbərlər İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin gəncləri İslam gənclər parlamentinin yaradılmasını dəstəkləyiblər. Maide.Az "Report"a istinadən xəbər verir ki, bu barədə İslam ölkələrinin gənclərinin Qətərdə keçirilmiş sammitinin yekununda qəbul edilən qətnamədə deyilir. İƏT-ə daxil olan müxtəlif müsəlman ölkələrindən olan iştirakçılar ölkələrin qadın və gənclərin milli siyasi proseslərdə iştirakını təmin etməli olduğunu qeyd ediblər. Onlar dini ekstremizmə qarşı mübarizə üzrə gənclərin sammitinin keçirilməsinə dair çağırış ediblər. Bundan əlavə, İslam aləminin gənc nümayəndələri yekun sənəddə müsəlman ölkələrində idarəetmə sisteminin təkmilləşdirilməsi və İslam aləmində korrupsiyaya qarşı yol xəritəsinin qəbul edilməsini istəyiblər. Teqlər : #İƏT,#ölkələrinin,#gəncləri,#İslam,#parlamentinin,#yaradılmasını,#istəyirlər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Moskva yaxınlığındakı yanğında bir nəfər ölüb, 13 nəfər yaralanıb Rusiyada avtobus çayda batdı - 6-sı uşaq olmaqla 10 nəfər öldü