‘Google’ etiraf etdi: Danışıqlara qulaq asırıq

‘Google’ etiraf etdi: Danışıqlara qulaq asırıq

"Google" etiraf edib ki, onun mütəxəssisləri "Google Assistant" səsli köməkçisinə istifadəçilər tərəfindən verilən əmrlərə qulaq asır.
 
Maide.Az "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb.
 
Məlumata görə, şirkət istifadəçilər və "Google Assistant" xidməti arasında baş tutan danışıqların bəzi hissələrini bütün dünya üzrə ekspertlərə göndərir.
 
Şirkət bunu "Google Assistant" kimi məhsulların yaradılması prosesinin əhəmiyyətli bir hissəsi adlandırıb.
 
Qeyd edək ki, bir müddət öncə şirkətin mütəxəssislərindən biri ona səs faylı ilə göndərilmiş məxfi məlumatları sızdırıb.
 
Bununla bağlı "Google" istintaq aparmağı və lazımi tədbirləri görməyi vəd edib.
 

Google+ WhatsApp ok.ru