Əfqanıstanda törədilən partlayışda ölənlərin sayı 16  nəfərə çatıb

Əfqanıstanda törədilən partlayışda ölənlərin sayı 16 nəfərə çatıb

Əfqanıstanın paytaxtı Kabildə törədilən partlayışda ölənlərin sayı 16-ya çatıb.
 
Bu barədə AFP məlumat yayıb.
 
Məlumata görə, hadisə zamanı təxminən 100 nəfər yaralanıb.
 
Qeyd edilir ki, partlayış yaşayış kvartalı, hökumət və diplomatik missiyaların binalarının yaxınlığında baş verib. Belə ki, partlayıcı maddə ilə dolu avtomobil partladılıb. 
 
Hücuma görə məsuliyyəti "Taliban" hərəkatı üzərinə götürüb
 
Xatırladaq ki, bu gün səhər partlayışın törədildiyi hökumət və diplomatik missiyaların yaxınlığında yaşayan  əhali etiraz aksiyası keçirib.  Həmin binaların ərazidən köçürülməsini istəyib. Onlar bildirib ki, diplomatik  missiyanın binalarının ərazidə yerləşməsi  müxtəlif hücumlara səbəb olur.  
 

Google+ WhatsApp ok.ru