‘Hizbullah’ lideri İsrailin qırmızı xəttinin necə pozulmasındann danışdı

‘Hizbullah’ lideri İsrailin qırmızı xəttinin necə pozulmasındann danışdı

Livanın "Hizbullah" hərəkatının baş katibi Seyid Həsən Nəsrullah İsrail rejiminin son addımlarına münasibət bildirib. 
 
Seyid Həsən Nəsrullah vurğulayıb ki, İsrailin hər addımına müqavimət cəbhəsi adekvat cavab verəcək. 
 
"Sionistlərin Livanın suverenliyini tapdalamaq dövrü geridə qaldı. Çünki Livan ordusu, hökuməti və xalqı "Hizbullah"ın son əməliyyatına dəstək verdilər. 
 
"Hizbullah" sayəsində artıq Israil  Livanda istədiyini edə bilmir", - deyə Seyid Həsən Nəsrullah diqqətə çatdırıb. 
 
"Hizbullah" lideri diqqətə çatdırıb ki, artıq "Hizbullah" İsrailin qırmızı xətt bildiyi 1948-ci il sərhədlərindən Təl-Əvivə hücum edir. "1 sentyabr 2019-cu il tarixini yadlarında saxlasınlar. Çünki müqavimət cəbhəsi heç bir qırmızı xəttin olmadığı Livanı müdafiədə yeni dövrə başladı", - deyə Seyid Həsən Nəsrullah qeyd edib.  /eastnews.org /
 

Google+ WhatsApp ok.ru