Ərəb Ölkələri Liqasını baş katibi Qəzzaya dəvət olunub

Ərəb Ölkələri Liqasını baş katibi Qəzzaya dəvət olunub

Fələstin nümayəndə heyəti Qahirədəki Ərəb Ölkələri Liqasının baş katibinə Qəzzaya səfər etmək dəvətini çatdırıb.

Maide.Az xəbər veir ki, Dəvət Ərəb Ölkələri Liqasını və onun bütün strukturlarını yalnız Fələstin sakinlərinə kömək etməyə deyil, Qüds əhalisinin etnik tərkibinin dəyişdirilməsinin, dini obyektlərə ziyan vurulmasının qarşısını almağa da çağırır.

Ərəb Ölkələri Liqasını həmçinin, Fələstin torpaqlarının Qərb şəriyədə ilhaq edilməsi planının icrasına qarşı çıxmağa və Fələstin müqavimətini dəstəkləməyə çağırıblar.

Bundan əlavə, Fələstin tərəfi Ərəb Ölkələri Liqasının baş katibini İsrail həbsxanalarında məhkum olunanlara və müharibə cinayətlərinə görə dinc etiraz iştirakçılarına qarşı cinayətlərdə iştirak edənlərin məsuliyyətə cəlb edilməsi üçün siyasi və diplomatik addımlar atmağa çağırıb.

İki milyona yaxın fələstinlinin yaşadığı Qəzza zolağı 2006-cı ildən bəri İsrailin blokadası altındadır.

İordan çayının Qərb Sahili və Şərqi Qüds 1967-ci ildən bəri İsrail işğalı altındadır.

Google+ WhatsApp ok.ru