Ərbəin zəvvarlarının diqqətinə: Xosrəvi və Çəzabə sərhəd-keçid məntəqələri bağlandı 03 Oktyabr 2019 11:48 Dünya Iraqda baş vermiş qarşıdurmalara görə, ötən gecədən Xosrəvi və Çəzabə sərhəd keçid məntəqələri bağlanıb. Maide.Az İran KİV-lərinə istinadən xəbər verir ki, bunu İranın Sərhəd Qoşunları komandanı general-mayor Qasım Rzayi deyib. Q.Rzayi bildirib ki, sabitlik təmin olunduqdan sonra Ərbəin zəvvvarları üçün bu iki sərhəd-keçid məntəqəsi yenidən açılacaq. Qeyd edək ki, Ərbəin yürüşündə zəvvarların gediş-gəlişi İlam əyalətində Mehran, Xuzestan əyalətində Şələmçə və Çəzabə, Kirmanşah əyalətində Xosrəvi sərhəd – keçid məntəqələri vasitəsilə həyata keçirilirdi. Hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir. Ötən il 20 milyon insanın bu izdihamlı mərasimdə iştirak etdiyi bildirilir. Bu il Ərbəin miladi təqvim ilə 19 oktybar tarixinə təsadüf edir. Teqlər : #Ərbəin,#zəvvarlarının,#diqqətinə:,#Xosrəvi,#və,#Çəzabə,#sərhədkeçid,#məntəqələri,#bağlandı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Türkiyədə növbəti güclü zəlzələ baş verdi Taliban təmsilçiləri Pakistanda rəsmilərlə görüşür
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO