Ərbəinə gedən əcnəbi zəvvarlar üçün Şələmçə keçid məntəqəsində 24 yeni qapı açılıb

Ərbəinə gedən əcnəbi zəvvarlar üçün Şələmçə keçid məntəqəsində 24 yeni qapı açılıb

Dünyanın ən böyük toplantısı - ƏRBƏİN yürüşündə iştirak  edən əcnəbi zəvvarların gediş-gəlişini asanlaşdırmaq üçün Şələmçə sərhəd-keçid məntəqəsində 24 yeni qapı açılıb.  
 
Maide.Az “iribnews”a istinadla xəbər verir ki, bunu Xuzetan əyaləinin nəqliyyat və yollar idarəsinin baş direktoru  Qulaməli Bəhraminiya deyib. 
 
Q.Bəhraminiya deyib ki,  yeni qapıların açılması ilə  Şələmçə sərhəd – keçid məntəqəsində qapıların sayı 48-ə çatıb.  “Bütün qapılarda əcnəbi zəvvarların gediş-gəlişi üçün  şərait hazırdır. 24 yeni qapının açılması ilə izdiham yarandıqda əcnəbi zəvvarların keçidi problemsiz və sürətlə  həyata keçiriləcək.”
 
İran Daxili İşlər Nazirliyi elan edib ki,  Ərbəin yürüşündə iştirak etmək üçün İran – İraq sərhədini keçərək getmək istəyən bütün əcnəbi vətəndaşlar yalnız Şələmçə keçid məntəqəsindən İraqa səfər edə bilər. 
 
Qeyd edək ki,  bir neçə gün öncə bağlanan Xosrəvi sərhəd-keçid məntəqəsi də bu gün rəsmən fəaliyyətini bərpa edib.  
 
Xatırladaq ki, İran Daxili İşlər Nazirliyi bu gündən  bütün sərhəd keçid mətnəqələrindən  şəxsi avtomobillə gediş-gəlişi qadağan edib. 
 
Hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir. Ötən il 20 milyon insanın bu izdihamlı mərasimdə iştirak etdiyi bildirilir. Bu il Ərbəin miladi təqvim ilə 19 oktybar tarixinə təsadüf edir.
 

Google+ WhatsApp ok.ru