‘Brexit’ razılığı əldə edildi - Tarixi anlaşma

‘Brexit’ razılığı əldə edildi - Tarixi anlaşma

Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker Böyük Britaniyanın qurumdan çıxması üçün razılıq əldə olunduğunu açıqlayıb.
 
Maide.Az CNN Türk-ə istinadən xəbər verir ki, o, uzun müddətdir davam edən danışıqların müsbət yekunlaşdığını bildirib:
 
“Avropa İttifaqı və Böyük Britaniya arasına ədalətli və balanslı razılaşma əldə etdik. Aİ zirvə görüşündə razılığın təsdiqlənməsini gözləyirik. Bu, bizim həll yolu axtarışına öhdəliyimizn bir göstəricisidir”.
 
İngiltərə Baş naziri Boris Conson açıqlama verərək “möhtəşəm razılaşma” adlandırıb.
 

Google+ WhatsApp ok.ru