ƏRBƏİN mərasimində zəvvarlara 10 ölkə tibbi xidmətlər göstərir 18 Oktyabr 2019 10:48 Dünya Bu həkim heyətləri İran, Avstraliya, Tanzaniya, Hindistan, Pakistan, Bəhreyn, Ərəbistan, Küveyt, Livan və Suriyadan könüllü olaraq ƏRBƏİN zəvvarlarına yollarda və ziyarətgahlarda tibbi xidmət göstərirlər. Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, cari ilin ƏRBƏİN ziyarəti mərasimində və möhtəşəm yürüşdə iştirak edən zəvvarlara 10 ölkənin həkimlər heyəti pulsuz tibbi xidmətlər göstərir. Bu barədə Həzrət İmam Hüseynin (ə) ziyarətgahının tibbi qərargahının rəisi Əhməd Cəlil Şəmri məlumat verib. O deyib: Bu həkim heyətləri İran İslam Respublikası, Avstraliya, Tanzaniya, Hindistan, Pakistan, Bəhreyn, Səudiyyə Ərəbistanı, Küveyt, Livan və Suriyadan könüllü olaraq ƏRBƏİN zəvvarlarına yollarda və ziyarətgahlarda tibbi xidmət göstərirlər. Həzrət İmam Hüseynin (ə) ziyarətgahının tibbi qərargahının rəisi Əhməd Cəlil Şəmri əlavə edib: İmam Hüseyn (ə) ziyarətgahının daxilində və ətraf küçələrində 35 tibbi xidmət mukibləri qurulub. Bu mukiblərə tibbi avadanlıqları və təcili tibbi köməkləri daşıyan onlarla dəstə fəaliyyət göstərir. Bundan əlavə Nəcə, Babil və Bağdad yollarında salınmış zəvvar qəsəbələrində 3 səyyar müalicə mərkəzi və Kərbəlada, hərəmlərin ətrafında, İmam Zeynülabidin (ə) və İmam Hüseyn (ə) Səfiri xəstəxanaları səyyar xəstəxanalar təşkil ediblər. O vurğulayıb: Bütün tibbi heyətlər və səyyar xəstəxanalar 24 saat fasiləsiz işləyirlər. Səfər ayının 10-dan işə başlayan səyyar tibbi mərkəzlərdə 650 könüllü həkim xidmət edir. Teqlər : #ƏRBƏİN,#mərasimində,#zəvvarlara,#ölkə,#tibbi,#xidmətlər,#göstərir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Pakistanda atışma nəticəsində 14 nəfər ölüb Bu ölkədə müsəlman qadınlar etiraz yürüşü keçirib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO