Ərbəin ilə əlaqədar Kərbəlaya 15 milyondan çox zəvvar gəlib

Ərbəin ilə əlaqədar Kərbəlaya 15 milyondan çox zəvvar gəlib

İraqdan və eləcə də dünyanın dörd tərəfindən Kərbəlaya gələn zəvvarların sayı 15 milyonu keçib
 
Maide.Az «tasnimnews»a istinadla  xəbər verir ki, bu barədə İmam Hüseynin (ə) müqəddəs hərəmindən açıqlama verilib. 
 
“İraqın müqəddər Kərbəla şəhərinə səfər ayının 6-dan dünənə kimi İmam Hüseynin (ə) qırx mərasimi – Ərbəin günü ilə əlaqədar 15 milyon 229 min 955  zəvvar gəlib."
 
Zəvvarlar dünyanın müxtəlif yerlərindən Kərbəlaya toplaşmaqda davam edir. Zəvvarların sayının dəqiq statistikası yaxın günlərdə açıqlanacaq. 
 
Qeyd edək ki, zəvvarların sayı  Həzrət Əbəlfəzl Abbasın (ə) hərəminə 4 il öncə quraşdırılmış Almaniya istehsalı olan xüsusi cihaz vasitəsilə hesablanır. 
 

Google+ WhatsApp ok.ru