Şəmkirdə dəhşətli qəza: Beş nəfər yerindəcə öldü

Şəmkirdə dəhşətli qəza: Beş nəfər yerindəcə öldü

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
 Maide.Az  "Report"a istinadla xəbər verir ki, qəza zamanı 5 nəfər ölüb, bir neçə nəfər yaralanıb. 
 
Qəza Şəmkir - Gədəbəy avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki,  "Mitsubishi Pajero" ilə “VAZ-2104” markalı minik avtomobillərinin toqquşması nəticəsində beş nəfər ölüb. 
 
Ölənlər Əliyeva Həyat Rəşad qızı, Orucov Vüqar Bayram oğlu, Orucov Dilqəm Bayram oğlu, Orucova Rəsmiyyə Nürəddin qızı və Orucova Nübar Dilqəm qızıdır.
 
Faktla bağlı araşdırma aparılır.
 

Google+ WhatsApp ok.ru