Əfqanıstanda qızıl mədənində sürüşmə olub, 5 nəfər ölüb, 35 nəfər itkin düşüb 12 Dekabr 2019 11:43 Dünya Əfqanıstanda qızıl mədənində torpaq sürüşməsi baş verib. APA-nın “Tolo News”a istinadən verdiyi xəbərə görə, hadisə Əfqanıstanın şimal-şərqində, Badaşxan əyalətində qeydə alınıb. Məlumata əsasən, hadisə baş verən zaman qızıl mədənində 40-a yaxın insan olub. Yerli sakinlər 5 nəfərin meyitini aşkarlayıblar, 35 nəfər itkin düşüb. Əyalət qubernatorunun nümayəndəsi Nek Məhəmməd Nəzəri bildirib ki, qızıl mədəninin yerləşdiyi ərazi “Taliban” hərəkatının nəzarəti altında olduğu üçün yerli hakimiyyət itkin düşmüş şəxslərin axtarışlarında iştirak edə bilmir. Teqlər : #Əfqanıstanda,#qızıl,#mədənində,#sürüşmə,#olub,#nəfər,#ölüb,#nəfər,#itkin,#düşüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Londonda müasir İslam incəsənəti qalereyası açılıb Kəşmirli müsəlmanlara məscidlərdə ibadət etməyə icazə verilmir
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO