Ələt-Astara yolunun ödənişli olması ilə bağlı hökümətə müraciət OLUNDU 15 Yanvar 2020 12:40 Xəbərlər “Ələt-Astara yolunun ödənişli olması ilə bağlı konsepsiya hazırlanaraq hökumətə təqdim edilib”. Maide.Az Modern.az - a istinadən xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov deyib. S.Məmmədov bildirib ki, yolun ödənişli olması üçün xüsusi aparat və turniketlər quraşdırılacaq: “Bütün dünyada bu işlər tender yolu ilə həyata keçirilir. Tenderdə ən münasib qiymətlə bu avadanlıqları təklif edən şirkət seçiləcək. İşlərin görülməsi həmin şirkətə həvalə olunacaq”. AAYDA sədri qeyd edib ki, yoldan istifadə qiymətinin müəyyən edilməsi üçün təkliflər Tarif Şurasına təqdim ediləcək. Teqlər : #ƏlətAstara,#yolunun,#ödənişli,#olması,#ilə,#bağlı,#hökümətə,#müraciət,#OLUNDU, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiyada müsəlman mədəniyyətinə aid muzey yaradılır Həcc ziyarətinə yeni qiymət və kvota gələn həftə açıqlanacaq