Rusiyada müsəlman mədəniyyətinə aid muzey yaradılır

Rusiyada müsəlman mədəniyyətinə aid muzey yaradılır

Ermitajın direktoru Mixail Petrovskiy təklif edir ki,  müsəlman mədəniyyətinə aid muzey yaradılsın.
 
Maide.Az "İslam.ru"a istinadla xəbər verir ki, onun bu təşəbbüsünə  əsasən  Sankt-Peterburqda islam mədəniyyəti muzeyi yaradılacaq və  Kadet xəttindəki tarixi bina olan - Bryullov evi islam mədəniyyəti muzeyinə veriləcək. 
 
Klassik üslübda olan bu üç mərtəbəli bina 1784-cü ildə inşa edilib. 1845-ci ildə arxitektor Bryullov binanı satın alıb və öz zövqünə görə yenidənqurma işləri aparıb.  Sovet höküməti zamnında isə burada uşaq bağçası və N.Ostrovski adına gənclər kitabxanası fəaliyəət göstərib. 
 
İslam mədəniyyəti muzeyi beynəlxalq islam araşdırmaları bazasının üzərində qurulacaq.  Gözlənilir ki, yeni muzey Rusiyadakı müsəlman mədənəyyəti irsinin öyrənilməsi və saxlanılmasına təkan olacaq. Rusiya müsəlmanlarının elmi və mədəni nailiyyətlərini təşviqat edəcək, həmçinin mədəni tolerantlığa dəstək olacaq.
 
Muzeydə ekspozosiya zalı, mühazirə, elmi konferensiya keçirmək və kino nümayiş etmək üçün zallar açılacaq.  Burada mədəni və musiqili layihələr keçirmək üçün güşələr yaradılacaq.  Kitabxana və nadir tarixi materialları işıqlandıracaq videoteka fəaliyyət göstərəcək.
Muzey eksponatları içərisində Sankt Peterburqun aparıcı elmi mərkəzlərinin, muzey,  əlyazma və kitabxanalarının da eksponatlarından ibarət kolleksiya da sərgiyə çıxarılacaq.  
 
Türkiyə, İran, Qətər, Səudiyyə Ərəbistanı və gigər müsəlman ölkələri öz əşyalarını müvəqqəti sərgilərdə nümayiş edilməsi  üçün muzeyə təqdim edəcəklər. 
 
Həmçinin muzeyin bazasında virtual muzey də yaradılacaqdır.
 
İslam mədəniyyəti muzeyi “Əl Məqam” kommersiya fondunun dəstəyi ilə yaradılacaq. Hazırda fond binanin yenidən qurulması və təmiri ilə məşğul olur.

Google+ WhatsApp ok.ru