‘Google’ ‘Meet’ videozəng xidmətini hər kəs üçün açıq edir

‘Google’ ‘Meet’ videozəng xidmətini hər kəs üçün açıq edir

“Google” şirkəti “Meet” videozəng xidmətindən istifadəni hər kəs üçün açıq edir.
 
Maide.Az Trend-ə istinadla xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
 
İndiyədək xidmət “GSuite” və “GSuite for Education” biznes hesablarının sahibləri üçün əlçatan idi.
 
May ayından başlayaraq “Google” hesabı olan hər bir istifadəçi “Google Meet” xidmətindən istifadə edə biləcək.
 
Videozəng zamanı eyni anda 100-dək şəxs iştirak edə bilər. Bir videozəng müddəti 60 dəqiqə ilə məhduddur. Videozəng zamanı ekranı nümayiş etdirmək, real vaxt rejimində redaktə etmək və digər funksiyalardan istifadə mümkün olacaq.
 
Şirkətdən qeyd olunub ki, “Meet” xidmətindən istifadə etmək üçün “Google” hesabına malik olmaq lazımdır.
 

Google+ WhatsApp ok.ru