Türk alim Pentaqonun yalanını ortaya çıxardı

Türk alim Pentaqonun yalanını ortaya çıxardı

İstanbul Universiteti (IU) Elm Fakültəsi Astronomiya və Kosmos Elmləri Bölümünün dosenti Dr.Həsən Esenoğlu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) paylaşdığı və UNO-lara aid olduğu iddia edilən cismlərin hərbi casus peyki ola biləcəyini söyləyib.
 
Maide.Az xəbər verir ki, AA-nın müxbirinə verdiyi açıqlamada Esenoğlu, Pentaqonun bir müddət əvvəl hərbi təyyarələrdən çəkildiyi və 2004 və 2015-ci illərdə UNO-yaaid olduğu iddia edilən şəkilləri paylaşıldığını xatırlatdı.
 
Pentaqonun paylaşdığı görüntülərdə hərəkət edən bir cismin olduğunu və çox sürətli hərəkət etdiyini bildirən Esenoğlu, "Ancaq görüntülərin qeydə alındığı yerin adı və kkordinantları yoxdur. Buna görə də onu hərəkətli bir cisim olaraq təyin edə bilmərik. Koordinat məlumatımız olsaydı, obyektin nə olduğunu təyin edərdik", - deyə bildirib:
 
"Pentaqonun görüntüləri obyektin nə olduğunu bizə izah etmir. Kifayət qədər məlumat olmasa da, videoda görünən obyekt naməlum uçan cisimdir. Pentaqonun yayımladığı görüntülərindəki cism UNO və ya kosmoslu mənasını vermir. Bu görüntülər qeydə alınmadığı üçün hərbi casus peykləri ola bilər. Bundan əlavə, videodakı hərəkət edən obyekt ağ parlaq olsa da, vaxtaşırı olaraq qara rəngdə görünür, bu da videodakı ağ parlaq görüntülərin neqativə çevrildiyini göstərir. Bu görüntülərdə görünən şey UNO-dursa, koronavirus onun yanında sıfırdır."
 
İnsanlara "UNO" deyəndə ağıllarına "yadplanetlilərin" gəldiyini deyən Esenoğlu bunun çox səhv bir qavrayış olduğunu bildirib.
 
Esenoğlu şəkillərin gündəmi dəyişdirmək üçün Pentaqon tərəfindən paylaşıldığını da əlavə edib.

Google+ WhatsApp ok.ru