Əfqanıstanda ‘Taliban’ın 900 üzvü həbsdən azad edilib 26 May 2020 12:40 Dünya Əfqanıstan hökuməti “Taliban” hərəkatının 900 üzvünün həbsdən azad edilməsi ilə bağlı qərar verib. APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Əfqanıstan Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Cavad Feysal məlumat verib. C. Feysəl ölkədə atəşkəs rejimini davam etdirmək və danışıqlara başlamaq üçün “Taliban” üzvlərini azad etdiklərini deyib. Qeyd edək ki, mayın 11-də Əfqanıstan hakimiyyəti “Taliban” döyüşçülərinin həbsxanalardan azad edilməsi prosesinin müvəqqəti olaraq dayandırıldığını bəyan edib. Buna səbəb “Taliban” üzvləri tərəfindən əsir götürülmüş əfqan hərbçilərinin verilməsinin təxirə salınması olub. Həmin vaxt Milli Təhlükəsizlik Şurasının nümayəndəsinin verdiyi açıqlamaya görə, hakimiyyət həbsxanadan minlərlə “Taliban” üzvünü azad etdiyi halda, “Taliban” hərəkatı əsir götürdüyü hərbi qulluqçudan cəmi 105-ə yaxınını təhvil verib. Teqlər : #Əfqanıstanda,#‘Taliban’ın,#900,#üzvü,#həbsdən,#azad,#edilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İspaniyada tibb işçilərinin etiraz aksiyası Britaniyada ilk dəfə hicablı xanım məhkəmədə hakim təyin olundu
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO