‘Taliban’ qruplaşma üzvləri polisə hücum edib, ölən və yaralanan var 29 May 2020 10:38 Dünya “Taliban” terror qruplaşma üzvləri Əfqanıstanın qərbində yerləşən Fərəh əyalətindəki nəzarət-buraxılış məntəqəsinə hücumu edib, 7 polis əməkdaşı öldürülüb. Maide.Az “Report”a istinadla xəbər verir ki, bunu yerli polisin nümayəndəsi Mohibullah Mohib deyib. Qeyri-rəsmi mənbə isə bildirib ki, hücum nəticəsində 3 polis əməkdaşı yaralanıb, 7 “taliban”çı zərərsizləşdirilib. “Taliban” hərəkatı hücumla bağlı açıqlama verməyib. Qeyd edək ki, mayın 28-də Əfqanıstanın şimal-şərqində yerləşən Parvan əyalətində ordu ilə “Taliban” qruplaşma üzvləri arasında baş verən atışma nəticəsində azı 7 hərbçi həyatını itirmişdi. Teqlər : #‘Taliban’,#qruplaşma,#üzvləri,#polisə,#hücum,#edib,#ölən,#və,#yaralanan,#var, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ-ın Minnesota ştatında kütləvi etiraz aksiyalarını yatırmaq üçün milli qvardiya cəlb olunub (VİDEO) Rusiyada İES-də yanğın baş verib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO