'Əl-Vifaq' cəmiyyəti gənclərin edam olunmasına etiraz etdi

'Əl-Vifaq' cəmiyyəti gənclərin edam olunmasına etiraz etdi

Bəhreynin "Əl-Vifaq" cəmiyyəti iki gənc fəalın ölüm cəzasına məhkum edilməsinə etiraz edən bəyanat yayıb. 

 Bəyanatda vurğulanır ki, Hüseyn Musa və Məhəmməd Ramazan adlı gənclərin edam cəzası almaları sərt şəkildə qınanmalıdır. 

 "Bu hüququn aliliyi prinsipinə ziddir. İnsanların müxalif fikirlərinə görə saxta ittihamlarla həbs olunmaları humanitar prinsiplərin də əleyhinədir", - deyə bəyanatda diqqətə çatdırılıb.   

"Əl-Vifaq" cəmiyyəti ölkədə dinc şəkildə təşkil olunan aksiyalarda saxlanılan fəalların bu cür ittihamlarla həbs olunmalarını da sifarişli olaraq xarakterizə edib.  /eastnews/

Google+ WhatsApp ok.ru