Ərəbistanda Qətif müsəlmanları İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əza məclisləri keçirir (VİDEO)

Ərəbistanda Qətif müsəlmanları İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əza məclisləri keçirir (VİDEO)

Məhərrəm ayının daxil olması ilə dünyanın hər yerində Kərbəla şəhidləri üçün matəm məclisləri keçirilir.
 
Madie.Az "deyerler.org" a istinadən xəbər verir ki, Ərəbistanın şərqində Əhli-Beyt (ə) ardıcıllarının sıx yaşadığı Qətif şəhərində Məhərrəmlik məclisləri artıq bir neçə gündür sağlamlıq protokollarına uyğun şəkildə keçirilir. Şəhərin Maşallah məscidinə keçirilən matəm məclisində insanlar fəal iştirak edir.
 
Bundan başqa şəhərin küçələrində də İmam Hüseynə (ə) əza məclisləri təşkil olunur. Məclislərdə İmam Hüseyn (ə) və 72 yavərinin faciəli şəkildə şəhadətindən söhbətlər edilir, mərsiyə və rövzələr oxunur, Kərbəla şəhidləri adından ehsanlar verilir.
 

Google+ WhatsApp ok.ru