Əfqanıstanın üç əyalətində döyüşlər daha da şiddətlənib

Əfqanıstanın üç əyalətində döyüşlər daha da şiddətlənib

Əfqanıstanın Helmənd, Künduz və Bədəxşan əyalətlərinin mərkəzində döyüşlər daha da şiddətlənib.
 
Maide.Az  ToloNews-a istinadla xəbər verir ki, bu barədə Əfqanıstanın Müdafiə Nazirliyi bəyanat verib.
 
Bildirilib ki, son sutkada ölkənin 27 əyaləti Talibanın hücumu, terror aktı və qurduğu minaların partlaması və digər təhlükəsizliyə zidd addımların şahidi olub.
 
Əlavə edilib ki, üç əyalətin mərkəzində döyüşlər davam edir.
 
Qeyd edək ki, Əfqanıstanda bu qarşıdurma və döyüşlər Talibanla hökumətin danışıqları fonunda baş verir. Bundan öncə isə ABŞ Talibanla sülh sazişi bağlayıb. Bu sazişə əsasən Taliban ABŞ qüvvələrinə hücumu dayandırıb.

Google+ WhatsApp ok.ru