Ağac üzərində “dəbdəbəli” ev - FOTO

Londonun mərkəzi hissəsində ağac üzərində tikilmiş “dəbdəbəli” ev xarici turistlərin marağına səbəb olur.
 
“Virgin Holidays” memarlıq şirkətinin layihəsi ilə inşa olunmuş ev Afrika stilindədir.
 
Buradakı iki “daxma” tamamilə təbii materiallardan hazırlanıb və Afrikanın ənənəvi yaşayış evlərindən fərqlənmir. Evin içərisində tanınmış dizayner Xyubert Zandberqin dizaynı əsasında hazırlanmış iki yataq otağı var. Xyubert Zandberqin öz ölkəsində kreativ düşüncəsi ilə seçilir.
 
Ümumiyyətlə isə ağac üzərində ev yaradıcılıq üçün çox əlverişli hesab edilir. /
 
 
 
 

Google+ WhatsApp ok.ru