Bu mesajları yazsanız, WhatsApp-ınız bağlanacaq

Dünyanın ən məşhur mesajlaşma tətbiqi "WhatsApp" çoxsaylı şikayətləri nəzərə alaraq yeni cəza qaydası tətbiq edib.
 
Türkiyə mətbuatının bildirdiyinə görə, məzmununda əxlaqsız söz, şəkil, təhqir, təhdid olan mesajları yazan istifadəçilərə "WhatsApp" tərəfindən xəbərdarlıq olunacaq. 
 
Bu tip mesajları yazmağa davam edən istifadəçilərin "WhatsApp"ı tamamilə bağlanacaq. 
 
Qeyd edək ki, əvvəllər də belə bir cəza tətbiq edilib. Bu cəzaya əsasən, proqram müvəqqəti olaraq bağlanırdı. /
 

Google+ WhatsApp ok.ru