Aşağı neft qiyməti və büdcə

Aşağı neft qiyməti və büdcə

“Azərbaycan yüksək neft qiymətini büdcəyə daxil edəcəkmi?” “Exo” qəzeti bu sualı ekspert Fuad Əlizadə ilə araşdırır.
 
Ekspertin qənaətincə, Azərbaycan hökuməti özünü sığortalayaraq hətta neftin qiyməti 60 dollar olsa belə büdcədə dəyişiklik etməyəcək, qiymət 40 dollardan götürüləcək: “40 dollar o qiymətdir ki, hətta bu dəyərdə dəyişikliklər olsa belə, ölkə iqtisadiyyatına mənfi təsirini minimuma endirmək mümkündür”.
 
Fuad Əlizadəyə görə, yaxın zamanda neftin dəyərinin 40 dollardan aşağı düşə bilməsi az inandırıcıdır, dünya enerji bazarında sabitləşmə getdiyindən qiymət 45-55 dollar arasında olacaq.
 
Ekspertin fikrincə, 2018-ci il Azərbaycan dövlət büdcəsində neftin qiyməti 40 dollar həddində müəyyən ediləcək: “Hətta neftin qiyməti 40 dollardan aşağı düşsə də bu il büdcəyə yenidən baxılmayacaq, hökumət qeyri-neft sektorunun inkişafını əsas hədəf kimi götürəcək”. /

Google+ WhatsApp ok.ru