Yüksələn qiymətlər və inhisarçı sövdələşməsi

Yüksələn qiymətlər və inhisarçı sövdələşməsi

“Novoye Vermya” qiymət artımına diqqət yetirir: “İstehlak bazarı çalxalanmaqda davam edir?”
 
Müəllif bu günlərdə dəmiryolunda gediş qiymətlərinin “süni şəkildə” artdığını,bununla bağlı ortaya “hər hansı əsaslandırma qoyulmadığını” qeyd edir.
 
Daha sonra o ətin də bahalandığını bildirir: “Buna səbəb kimi yemin bahalanması və iribuynizlu mal-qaranın sayının azalması göstərilir. Hazırda mal əti bazarda 12 manata (bir ay öncə bu 10,5 manat idi), qoyun əti 12,5 manat (bir ay öncə11 manat idi) olub”.
 
Müəllif vurğulayır ki, heç də ucuz olmayan zəruri qida məhsullarının qiymətləri də artmaqdadır.
 
“Amma nəzarətçi orqanların məsuliyyətsizliyi, istehsalçı firmaların, ticarətçilərin, əlbəttə inhisarçıların özbaşınalığı üzdədir. Başqa sözlə, söhbət kiminsə nəzarətində olan süni qiymət artımından gedir, bu daha çox istehlak bazarındakı inhisarçıların sövdələşməsinə bənzəyir, çünki qiymət bahalanması eyni vaxtda bir neçə ərzaq və qida məhsulları üzrə baş verir”, - məqalədə qeyd olunur.
 
Müəllifin qənaətincə, bahalanma çaxnaşmasının yay mövsümündə baş verməsi də düşündürücüdür, hesab edir ki, bu daha çox inhisarçıların və işbazların ölkədə inflyasiyanı qaldırması deməkdir, “bundan sonra da qiymət artımı olsa bu artıq hiperinflyasiya olacaq”. /

Google+ WhatsApp ok.ru