ABŞ-a yağan ilk qar azı 8 nəfərin ölümünə səbəb olub 16 Noyabr 2018 15:40 Dünya Noyabrın 14 və 15-də ABŞ-ın şimal-şərq və bəzi mərkəzi rayonlarına yağan ilk qar azı 8 nəfərin ölümünə səbəb olub. Maide.Az "َazərtac"a istinadən xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına əsasən, ölüm halları əsasən buz bağlamış avtomobil magistrallarında baş verən qəzalar nəticəsində meydana gəlib. Missisipi ştatında 46 sərnişini daşıyan avtobus aşıb. Yaralanan sərnişinlərdən ikisinin həyatını xilas etmək mümkün olmayıb. Bəzi rayonlarda qarın qalınlığı 20 santimetrə çatıb, elektrik naqilləri qırılıb. Virciniya, Ohayo, Kentukki və İndiana ştatlarında 300 min nəfər elektriksiz qalıb. Nyu-York ştatında əlverişsiz hava şəraiti ilə əlaqədar 1,6 min aviareys ləğv olunub, 8 mindən çox aviareys isə təxirə salınıb. Teqlər : #ABŞa,#yağan,#ilk,#qar,#azı,#nəfərin,#ölümünə,#səbəb,#olub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Arakan müsəlmanları Banqladeşə qayıtmaq barədə: “Bizi ölümə yollayırlar” Londonda 30 min nəfər müsəlmanlara dəstək aksiyası keçirdi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO