ABŞ: İŞİD-in gündəlik neft gəliri 1 milyon dollar

ABŞ Maliyyə Nazirliyi Terrorizm və Maliyyə Kəşfiyyat müşaviri David Cohen İŞİDin neftdən gündə 1 milyon dollar civarında gəlir əldə etdiyini söyləyib.
 
Maide.az-ın məlumatına görə, "Carnegie Endowment for International Peace" adlı beyin mərkəzində İŞİDə maliyyə transferi mövzusunda danışan Cohen terror təşkilatının Suriya və İraqdakı neftayırma zavodlarıdan əldə edilən neftin satışından milyonlarla dollar gəlir əldə etdiyini deyib.
 
İŞİD-in köklü "qara bazar" əlaqələri olduğuna işarə edən Cohen təşkilatın gəlirlərini tam olaraq təxmin etməyin çətin olduğunu söyləyərk,  "ancaq biz İŞİDin neft satışlarından iyun ortasından başlayaraq gündə təxminən 1 milyon dollar qazandığını təxmin edirik" deyib. Cohen eyni zamanda müxtəlif ölçü və tutumlardakı neft anbarlarının nəzarətini əlində saxlayan İŞİDin beləcə emal olunmuş neft məhsulları satışından da gəlir əldə etdiyini bildirib.
 
Cohen İŞİD tərəfindən satılan neft və neft məhsullarını kimlər tərəfindən alındığı mövzusunda isə bunları deyib:
 
"Bizə gələn məlumatlara görə, İŞİD keçən aydan etibarən nefti çox aşağı qiymətlərlə aralarında Türkiyədən də şəxslərin olduğu müxtəlif vasitəçilərlə satır, bunlar da nefti yenidən satılmaq üzrə nəql edirlər. Həmçinin elə görünür ki, İŞİDin nəzarətində olan bölgələrdən çıxarılan neftin bir qisimi əvvəl İraqdakı kürdlərə, sonra da Türkiyəyə satılır."

Google+ WhatsApp ok.ru